Miroslav Layçak: "Əməkdaşlıq və dialoq münaqişələrin qarşısını ala bilər"

Miroslav Layçak: "Əməkdaşlıq və dialoq münaqişələrin qarşısını ala bilər"
14:37 5 Dekabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

"ATƏT üzvü olan ölkələrdə münaqişələr qarşılıqlı etimad tədbirləri vasitəsilə həll olunmalıdır".
“Report” xəbər verir ki, bu fikri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında bu təşkilatın hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak deyib.
“Münaqişələri həll etmək, onların qarşısını almaq istəyiriksə, onda lap əvvəldən, yəni qarşılıqlı etimad və təhlükəsizlik tədbirlərindən başlayıb silahlara nəzarətədək addımlar atmalıyıq. Bunlar heç də "soyuq müharibə" qalıqları deyil, hətta Helsinki razılaşması 44 il keçsə də təhlükəsiz mənzərə üçün vacibliyini saxlayır. Bu tədbirlərin struktur dialoqu, Vyana sənədinin modernləşdirilməsi çərçivəsində görülməsinə əmin olmalıyıq”, - M.Layçak bildirib.
O, dinc gələcək üçün kiber təhlükəsizlik tədbirlərinin artırılmasının, enerji və rəqəmsallaşmanı ön plana çəkməyin, regionda ekstremizmə və terrorçuluğa qarşı birgə tədbirlər görməyin səmərəli multilateralizm vasitəsilə münaqişələri həll etməyə kömək edəcəyini diqqətə çatdırıb.
“Əməkdaşlıq və hərtərəfli dialoq münaqişələrin qarşısını ala, yeni imkanlar aça bilər”, - ATƏT sədri vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/miroslav-laycak-emekdasliq-ve-dialoq-munaqiselerin-qarsisini-ala-bile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR