Matti Antonen: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru getməlidir"

Matti Antonen: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru getməlidir"
14:52 5 Dekabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

"ATƏT üzvü olan ölkələrdəki münaqişələrdə tərəflər arasında konstruktiv dialoq davam etdirilməli, etimad tədbirləri daha da artırılmalıdır".
“Report” xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında Finlandiya Xarici İşlər Nazirliyinin Dövlət katibi Matti Anttonen bildirib.
“Biz ATƏT ölkələrindəki mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru daha çox yol getməli, səy göstərməliyik. Bunlar ATƏT-in əsas mandatıdır”, - finlandiyalı nazir vurğulayıb.
O, münaqişə tərəfləri arasında konstruktiv dialoqun və etimad tədbirlərinin mövcud həqiqətlər və təhlükələr nəzərə alınmaqla həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/matti-antonen-atet-qarabag-munaqisesinin-helline-dogru-getmelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR