Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlər Azərbaycan və İrlandiya arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Onlar müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər regional məsələləri müzakirə ediblər.
