Parlament müxalifəti seçkiyə qatılacaqmı?

Dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisi buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Maraqlıdır, beşinci çağırış parlamentdə təmsil olunan müxalifət partiyaları növbəti Milli Məclisə seçkilərə qatılacaqmı?

Metbuat.az bildirir ki, bu barədə modern.az parlament partiyalarından münasibət alıb.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa partiya olaraq, seçkilərdə təmsil olunacaqlarını vurğulayıb:

“Mən özüm də namizədliyimi irəli sürəcəyəm. Eyni dairədən parlament seçkilərində mübarizə aparacağam”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə seçkilərdə iştirak-edib-etməməklə bağlı qərarın partiya iclasından sonra dəqiqləşəcəyini söyləyib:

“Partiya seçkilərdə iştirak üçün toplanıb, qərar qəbul edir. Biz parlament seçkilərində iştirak etməyi düşünürük. Namizədlərimizin sayı isə çox olmayacaq. Çünki bizim partiya sayca az üzvü olan partiyadır. Seçkiyə hazırlıq, təbliğat-təşviqat kampaniyası yüksək məbləğdə pul tələb etdiyinə görə, seçkilərdə az namizədimiz olacaq. Əgər partiya ortaq qərarla mənim namizədliyimi irəli sürməyi təsdiqləsə, özüm də seçkilərdə iştirak edəcəyəm”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə partiyanın hər zaman seçkilərdə iştirak etdiyini xatırladıb:

“Ancaq mən hadisələri qabaqlamaq istəmirəm. Partiyanın qərarları müzakirə olunacaq, qəbul ediləcək. Bundan sonra ictimaiyyət bu barədə məlumatlandırılacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR