Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığa dair üç sənəd imzalanıb

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığa dair üç sənəd imzalanıb.

Metbuat.az "APA-Economics"ə istinadən bildirir ki, iki ölkə arasında Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasının protokolu, 2020-2022-ci illər üzrə aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq proqramı və 2020-2022-ci illər üzrə turizm sahəsində əməkdaşlıq proqramı sənədləri imzalanıb.

Sənədləri Azərbaycan tərəfindən Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev və İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin imzalayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR