Milli Məclisin deputatı Moskvaya gedəcək

Milli Məclisin deputatı Moskvaya gedəcək
11:37 10 Dekabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı Elmira Axundova ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.
Parlamentin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılacaq, bu dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolu barədə məlumat veriləcək.
Səfər çərçivəsində, eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş Elmira Axundovanın müəllifi olduğu üç cildlik kitabın təqdimat mərasimi keçiriləcək.
Səfər dekabrın 13-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/milli-meclisin-deputati-moskvaya-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR