Bakıda ana və azyaşlı uşaqlarını vurub qaçan sürücü tutuldu

Bakıda ana və azyaşlı uşaqlarını vurub qaçan sürücü tutuldu
18:47 10 Dekabr 2019
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ana və azyaşlı uşaqlarını vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub. Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2106" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/809362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR