Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq
07:37 12 Dekabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.
"Report"un məlumatına görə, sonuncu - 6-cı turda Azərbaycan təmsilçisi "Qarabağ" Lüksemburq "Düdelanj"ını qəbul edəcək.
A qrupunun digər görüşündə növbəti mərhələyə vəsiqə qazanan iki komanda Kiprin APOEL və İspaniyanın "Sevilya" klubu üz-üzə gələcək.
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubu Belçikada "Gent"in qonağı olacaq. Paşayevin komandası növbəti mərhələ şansını ötən tur itirib.
Türkiyə təmsilçilərindən isə yalnız "Başakşehir" 1/16 final mərhələsinə vəsiqə qazana bilər. İstanbul təmsilçisi bunun üçün Almaniyada "Borussiya"nı (Mönxenqladbax) məğlub etməlidir.
Artıq 13 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Bunlar APOEL (Kipr), AZ (Hollandiya), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Seltik" (Şotlandiya), "Espanyol" (İspaniya), "Gent" (Belçika), LASK (Avstriya), "Mançester Yunayted", "Sevilya" (İspaniya), "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), "Vulverhempton" (İngiltərə) komandalarıdır. Digər 11 vəsiqənin sahibi isə bu gün bəlli olacaq.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
28 noyabr
A qrupu
21:55. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq)
21:55. APOEL (Kipr) - "Sevilya" (İspaniya)
Xal durumu: "Sevilya" - 15, APOEL - 7, "Qarabağ" - 4, "Düdelanj" - 3.
B qrupu
21:55. "Kopenhagen" (Danimarka) - "Malmö" (İsveç)
21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Luqano" (İsveçrə)
Xal durumu: "Kopenhagen" - 9, "Malmö" - 8, "Dinamo" - 6, "Luqano" - 2
C qrupu
21:55. "Bazel" (İsveçrə) - "Trabzonspor" (Türkiyə)
21:55. "Xetafe" (İspaniya) - "Krasnodar" (Rusiya)
Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 9, "Xetafe" - 9, "Trabzonspor" - 1.
D qrupu
21:55. LASK (Avstriya) - "Sportinq" (Portuqaliya)
21:55. PSV (Hollandiya) - "Rusenborq" (Norveç)
Xal durumu: "Sportinq" - 12, LASK - 10, PSV - 7, "Rusenborq" - 0
E qrupu
21:55. ÇFR (Rumıniya) - "Seltik" (Şotlandiya)
21:55. "Renn" (Fransa) - "Latsio" (İtaliya)
Xal durumu: "Seltik" - 13, ÇFR - 9, "Latsio" - 6, "Renn" - 1.
F qrupu
21:55. "Standard" (Belçika) - "Arsenal" (İngiltərə)
21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Gimaraynş" (Portuqaliya)
Xal durumu: "Arsenal" - 10, "Ayntraxt" - 9, "Standard" - 7, "Gimaraynş" - 2.
G qrupu
24:00. "Reyncers" (Şotlandiya) - "Yanq Boyz" (İsveçrə)
24:00. "Portu" (Portuqaliya) - "Feyenoord" (Hollandiya)
Xal durumu: "Reyncers" - 8, "Portu" - 7, "Yanq Boyz" - 7, "Feyenoord" - 5.
H qrupu
24:00. "Espanyol" (İspaniya) - MOİK (Moskva, Rusiya)
24:00. Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)
Xal durumu: "Espanyol" - 11, "Lüdoqorets" - 7, "Ferentsvaroş" - 6, MOİK - 2
I qrupu
24:00. "Volfsburq" (Almaniya) - "Sent-Etyen" (Fransa)
24:00. "Gent" (Belçika) - "Aleksandriya" (Ukrayna)
Xal durumu: "Gent" - 9, "Volfsburq" - 8. "Sent-Etyen" - 4, "Aleksandriya" - 3.
J qrupu
24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Başakşehir" (Türkiyə)
24:00. "Roma" (İtaliya) - "Volfsberq" (Avstriya)
Xal durumu: "Borussiya" - 8, "Roma" - 8, "Başakşehir" - 7, "Volfsberq" - 4.
K qrupu
24:00. "Vulverhempton" (İngiltərə) - "Beşiktaş" (Türkiyə)
24:00. "Slovan" (Bratislava, Slovakiya) - "Braqa" (Portuqaliya)
Xal durumu: "Braqa" - 11, "Vulverhempton" - 10, "Slovan" - 4, "Beşiktaş" - 3.
L qrupu
24:00. "Mançester Yunayted" (İngiltərə) - AZ (Hollandiya)
24:00. "Partizan" (Serbiya) - "Astana" (Qazaxıstan)
Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 9, "Partizan" - 5, "Astana" - 3.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasinda-qrup-merhelesine-yekun-vurulur-afi-sa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR