"Report" "Fupa.net" saytına istinadən xəbər verir ki, bunu Lüksemburqun "Düdelanj" klubunun futbolçusu Dominik Stols Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"la qarşılaşacaqları oyundan öncə deyib.
29 yaşlı almaniyalı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə görüşdə xal qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Bunun üçün hər şeyi yoxlamaq niyyətindəyik. Uzun səfər faydalı olmalıdır. Qələbə kluba yaxşı pul qazandıracaq".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.