UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu tura start verilib

UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu tura start verilib
23:57 12 Dekabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu - 6-cı tura start verilib.
"Report"un məlumatına görə, Azərbaycanın təmsilçisi "Qarabağ" doğma meydanda Lüksemburqun "Düdelanj" klubu ilə heç-heçə edib - 1:1. A qrupunun digər matçında növbəti mərhələyə yüksələn komandalardan APOEL Kiprdə İspaniya "Sevilya"sını məğlub edib - 1:0.
B qrupundakı nəticələrdən sonra "Kopenhagen" (Danimarka) və "Malmö" (İsveç) 1/16 finala vəsiqə qazanıb. Evdə İsveçrə "Luqano"su ilə bərabərə qalan (1:1) Ukrayna "Dinamo"su (Kiyev) qrupda qalıb.
İspaniya "Xetafe"si C qrupunda Rusiyanın "Krasnodar" komandasını 3:0 hesabı ilə üstələyib və mərhələ adlayıb. E qrupunda isə ÇFR (Rumıniya) istəyinə nail olub. F qrupunda isə "Arsenal" (İngiltərə) və "Ayntraxt" (Frankfurt, Almaniya) növbəti mərhələyə vəsiqə qazanıb.
Daha öncə 13 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Bunlar APOEL (Kipr), AZ (Hollandiya), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Seltik" (Şotlandiya), "Espanyol" (İspaniya), "Gent" (Belçika), LASK (Avstriya), "Mançester Yunayted", "Sevilya" (İspaniya), "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), "Vulverhempton" (İngiltərə) komandalarıdır.
Digər 5 vəsiqənin sahibi isə son oyunlardan sonra bəlli olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-avropa-liqasinin-qrup-merhelesinde-sonuncu-tura-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR