"Ərdoğan ABŞ-ı təhdid etdi" - Ərdoğanın açıqlaması dünya mediasına səs saldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresində erməni "soyqırımı" qərarına reaksiya verərək "Bağlanması lazım olsa, "İncirlik" bazasını bağlayacağıq" deyə bildirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, onun bu açıqlaması dünya mediasında yer alıb və geniş müzakirə edilib. Xəbəri oxucularına "Təcili" başlığı ilə çatdıran "Reuters" xəbər agentliyi "Ərdoğan: Türkiyə ABŞ-ın təhdidləri qarşısında "İncirlik" bazasını bağlaya bilər" başlığı ilə verdiyi xəbərdə sözügedən bazada ABŞ-ın nüvə başlıqlarının olduğunu xatırladıb.

Alman "Deutsche Welle" agentliyi isə Ərdoğanın açıqlamasını "Ərdoğan ABŞ-ı iki strateji bazanı bağlamaqla təhdid edir" başlığı ilə yayımlayıb. Rusiyanın "Russia Today" agentliyi isə "İncirlik" bazası ilə yanaşı Malatyada yerləşən "Kürəcik" bazasının da bağlana biləcəyini yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR