Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev növbədənkənar parlament seçkilərində iştirak etməyə qərar verib.

Publika.az xəbər verir ki, bu barədə Emin Babayev özü məlumat verib. Emin Babayev "Real Cümhuriyyətçilər İttifaqı" seçki blokundan 29 saylı Səbayıl seçki dairəsi üzrə namizədliyini irəli sürüb.

O, əvvəllər Daxili İşlər Nazirliyində Beynəlxalq Əməkdaşlıq İdarəsində işləyib, 2011-ci ildən REAL-ın üzvüdür.