"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Malaziyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Kuala-Lumpurda keçirilən sammitdə çıxış edən dövlət başçısı 20 müsəlman ölkənin rəsmilərinə ticarət əməliyyatlarını ABŞ dolları əvəzinə milli valyuta ilə aparmağı təklif edib.
"Ticarət müharibələrinin getdiyi bir vaxtda milli valyutalarla ticarət əməliyyatları aparmaq mühüm əhəmiyyət kəsb edir. Bu sahədə müsəlman ölkələri ilə də əməkdaşlıq etməyə hazırıq" -deyə o, bildirib.