Yaxın saatlarda bütün məntəqələrdən məlumatlar daxil olacaq - Məzahir Pənahov

Yaxın saatlarda bütün məntəqələrdən məlumatlar daxil olacaq - Məzahir Pənahov
03:50 24 Dekabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Yaxın saatlarda bütün məntəqələrdən məlumatlar daxil olacaq və biz məlumatları ilkin mərhələdə ictimaiyyətə çatdıracağıq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, ümumilikdə seçkilər sakit bir atmosferdə keçib: “Seçicilərin öz iradəsini ortaya qoyması üçün bütün şərait yaradılmışdı və seçicilər bu imkandan istifadə edib. Bütün 1606 bələdiyyə üzrə seçkilər baş tutub. 4556 məntəqədən məlumatlar daxil olub ki, bu da 1475 bələdiyyənin məntəqəsdir. 1375 bələdiyyədən bütün məlumatlar daxil olub”.

M.Pənahov əlavə edib ki, qaynar xəttə 220 müraciət daxil olub: “Bunlardan seçici siyahısı və məntəqələrinin ünvanları ilə bağlı 90 müraciət, hüquqi məsələlərlə bağlı 130 olub. Veb-kameralar vasitəsilə də seçkilər aktiv şəkildə olub. Ümumilikdə veb-kameralardan 282627 baxış olub ki bu da seçkilərə marağın olduğunu göstərir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3168184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR