Yeni ilin gəlişi ilə əlaqədar paytaxtımız bayramsayağı bəzədilib - FOTOREPORTAJ

Yeni ilin gəlişi ilə əlaqədar paytaxtımız bayramsayağı bəzədilib - FOTOREPORTAJ
23:12 30 Dekabr 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni təqvim ilinin gəlişinə saylı günlər qalıb. Ölkəmizin hər yerində olduğu kimi, paytaxt Bakımızda da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar.

Yeni ilin gəlişi ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektləri, park və xiyabanları bayramsayağı bəzədilib. Hər tərəfdə hündür yolka (küknar) ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub, küçələrin kənarındakı küknar ağacları al-əlvan bayram oyuncaqları ilə bəzədilib.

Şəhərin mərkəzi meydanlarında qurulan hündür yolka ağacının ətrafında artıq Şaxta baba da gözə dəyir. O da böyük həvəslə Yeni il şənliklərinin başlanmasını gözləyir.

Bütün bunlar paytaxt sakinləri ilə yanaşı, Bakıya üz tutan minlərlə qonağın zövqünü oxşayır.

Milli.Az AZƏRTAC-a istinadən Bakı şəhərini bəzəyən Yeni il görüntülərini təqdim edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR