“Paşinyanın Kəlbəcərə gəlməsi o deməkdir ki...” - Politoloq detalları açdı

“Paşinyanın Kəlbəcərə gəlməsi o deməkdir ki...” - Politoloq detalları açdı
18:28 31 Yanvar 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

“ATƏT-in Minsk Qrupu həmsədrlərin yeni planı yoxdur”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, xarici işlər nazirlərinin budəfəki görüşü fərqli idi: “Həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün isə 4 saata yaxın çəkdi. İkincisi, həmsədrlər görüşün nəticəsi ilə bağlı bəyanatda danışıqların mahiyyəti ilə bağlı heç nə açıqlamadılar. Bəyanatda sadəcə, “xalq diplomatiyası”nın gücləndirilməsinin vacibliyi bildirildi. Yəni, Xarici işlər nazirlərinin görüşündən ciddi nəticə çıxdığını söyləmək mümkün deyil. Nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir. Sülh sazişi imzalamadan “xalq diplomatiyası” faydalı olmayacaq. Çünki “xalq diplomatiyası” çərçivəsində Azərbaycanın və Ermənistanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur”.

Siyasi şərhçi xatırladıb ki, Xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə keçən ilin dekabr ayında Bratislavada görüşmüşdü. E.Məmmədyarov görüşdə nəticə olmadığını bildirmişdi: “Dekabr ayından bir ay keçib. Bu müddətdə Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Ona görə də nazirlərin İsveçrədəki görüşündə nəticə əldə oluna bilməzdi. Bundan başqa nazirlər İsveçrədə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəldi, işğal altındakı Kəlbəcərdə oldu. Bu bir daha o deməkdir ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağı düşünmür. Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Onlar Xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə, bölgədə gərginlik və sualların sayı azalmayacaq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/303537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR