"Haqq ədalət mübarizəmiz hələ də bitməyib"

60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini irəli sürən Qarabağ qazisi Kamil Musəvi, seçkilərdə rəqibi Fəzail Ağamalıya uduzdu.Nəticələr elan edildikdən sonra heç bir açıqlama verməyən Kamil Musəvi ötən gün şəxsi "Facebook" hesabında səssizliyi pozub.

Mətbuat.az xəbər verir ki, Kamil Musəvi "Facebook" hesabında 1 dəqiqəlik videogörüntü yayımlayıb:

"Hörmətli azərbaycanlılarım ,həmvətənlərim.Hər birinizi salamlayıram.Bugünə qədər bizimlə birlikdə olduğunuz üçün soyuq və qarlı havada bizlərə səs verməyə getdiyiniz üçün hər birinizə təşəkkür edirəm.

Əmin edirəm ki,mən sizlər üçün nə qədər dəyərliyəmsə, sizlər də mənim üçün o qədər dəyərlisiniz.Hal-hazırda gərgin olduğunuzdan da xəbərdaram.Amma narahat və gərgin olmağa ehtiyac yoxdur.Çünkü haqq ədalət mübarizəmiz hələ də bitməyib.Hüquqi formada bugun də davam etdirilir.Artıq MSK-nın sədri Məzahir Pənahova dairə seçki komissiyasının ərazisində olan məntəqlərdə qeydə alınmış ciddi qanun pozuntuları ilə bağlı həm ərizə, həm də video görüntüləri ünvanlamaq üçün hazırlamışam.Həmçinin Prezidentimiz İlham Əliyevin gəncləşdirmə siyasətini gözardına alan,əhali arasında dövlətimizə qarşı aqressiya yaradan,məntəqə sədrləri haqqında dövlət başçımıza məktub ünvanlayacağam.Sizləri tam sakit olmağa heç bir təxribata uymamağa səsləyirəm.İnanıram ki,ölkə rəhbərimizin tapşırıqlarını ciddiyə almayan şəxslər, lazımı qaydada cəzalandırılacaqlar.Allah hər birinizdən razı olsun.Görüşmək ümidi ilə."

Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə əlaqədar yeddi seçki dairəsində ciddi araşdırma aparacağını bildirmişdi.

Araşdırma aparılacaq dairələr arasında olan 60 saylı Salyan-Neftçala Seçki Dairəsində təşviqat müddətində gedən rəqabət diqqətlə izlənilib. Burada əsas yarış Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə Qarabağ qazisi Kamil Musəvi arasında olub.

Həm MSK-nın açıqladığı ilkin nəticələrdə, həm də “exit-poll”un nəticələrində Fəzail Ağamalı lider namizəd elan edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR