Avstraliyada qatar relsdən çıxdı, ölənlər var

Avstraliyada qatar relsdən çıxdı, ölənlər var
16:07 20 Fevral 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Viktoriya ştatında qatar qəzaya uğrayıb. 
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Melburndan 45 kilometr şimalda yerləşən Vallan şəhəri yaxınlığında qeydə alınıb.
Belə ki, Sidneydən Melburna gedən ekspress qatarı relsdən çıxıb. Nəticədə dizel lokomotivi və 5 vaqon aşıb. Qəzada iki nəfər ölüb. Onlardan birinin maşinist olduğu bildirilir. Dörd nəfər nisbətən ciddi xəsarət alan xəstəxanaya, bir nəfər isə hava yolu ilə Melburna çatdırılıb.
Avstraliya Yanğın İdarəsi (CFA) nümayəndələri qatarda olan 160-dək sərnişinin yüngül xəsarətlə bayıra çıxarıldıqlarını bildiriblər. Qəza nəticəsində dəmir yolu da zədələnib. Hadisə yerinə tibb xidmətinin üç helikopteri cəlb olunub.
Hadisənin səbəbləri hələlik məlum deyil. Ancaq daha əvvəl yaxınlıqda relslərdə zədələnmə olduğundan hərəkətin bir saat yubadıldığı qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstraliyada-demir-yolu-qezasi-bas-verib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR