GÜCLÜ YANĞIN: Çox sayda qaçqın evsiz qaldı (VİDEO)

GÜCLÜ YANĞIN: Çox sayda qaçqın evsiz qaldı (VİDEO)
20:23 11 Mart 2020
129 Digər
Ölkə mətbuatı
A- A+

Banqladeşin paytaxtı Dəkkədə gecəqonduların yerləşdiyi ərazidə güclü yanğın olub.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın nəticəsində yüzlərlə tikili sıradan çıxıb. Minlərlə sakin evsiz qalıb. Məlumata görə, tikililər taxtadan olduğundan alov sürətlə yayılıb. Yanğınsöndürənlərin səyi nəticəsində 3 saatdan sonra alovun yayılmasının qarşısı alınıb. Tələfat barədə məlumat yoxdur. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, gecəqondu sakinlərinin əksəriyyəti qaçqınlar olub.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/307486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR