Bu simptomlar xərçəngin əlaməti deyil - MARAQLI SİYAHI

Bu simptomlar xərçəngin əlaməti deyil - MARAQLI SİYAHI
20:27 20 Mart 2020
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Çox zaman mətbuatda onkoloji xəstəliklərin əlamətləri ilə bağlı yazılar yayılır, az qala hər xırda simptom xərçəngə bağlanılır. Artıq insanlarda bir xof var. Əslində xərçəng kiçik bir əlamətdən başlaya bilər.

Amma mütəxəssislər indi də xərçəngə işarə olmayan əlamətləri açıqlayıblar.

Əgər bu əlamətlər varsa, dərhal xərçəngə yozmayın, ümumiyyətlə bunlar onkoloji xəstəlik deyil.

Milli.Az medicina.az-a istinadən həmin simptomları təqdim edir:

- Müntəzəm baş ağrıları - davamlı başı ağrıyanlar yəqin beyində şiş var deyə şübhələnir. Amma illərlə davam edən boyun, baş, onurğa ağrıları onkologiyaya aid deyil. Çünki beyin, onurğa şişlərində ağrı gec olur, olsa da dözülməz olur və xəstə bu qədər illəri yaşamır.

- Bədəndə qəfil səbəbsiz ağrı və yüksək hərarət - xərçəng belə qəfil özünü göstərmir.

- Bədəndə bərkimiş, əllə basdıqda hiss olunan ağrılı düyün, şişkinlik və s- Xərçəng şişləri ağrı vermir

- Qəbizlik, ishal - zərərli qidalanma və həzm problemidir. Amma qanlı ishal artıq ciddi siqnaldır.

Bütün bu əlamətləri görüb, həkimə getməkdən imtina etmək lazım deyil. Bunlar hər biri də başqa xəstəliklərin səbəbidir və xərçəngdən də ciddi, ağır xəstəliklər var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/816058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR