.

“İşçiləri ixtisara salmayan sahibkarlara üstünlük veriləcək”

“İşçiləri ixtisara salmayan sahibkarlara üstünlük veriləcək”
17:37 31 Mart 2020
Ölkə mətbuatı
A- A+
.

"İlk növbədə şəffaf fəaliyyət göstərən sahibkar dövlət dəstəyindən istifadə edə biləcək. Söhbət həmin şəxslərin vergi daxil olmaqla öz hesabatlarını vaxtı vaxtında yerinə yetirməsindən gedir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov İctimai TV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində qonaq olan zaman deyib. Deputat onu da qeyd edib ki, korporativ sosial məsuliyyəti olan, işçiləri ixtisara salmayan, əmək haqlarını azaltmayan sahibkarlara üstünlük veriləcək: "Bildiyimiz kimi, ölkə başçısı koronavirus epidemiyasının iqtisadiyyata təsirinin minimumlaşdırılması üçün 1 milyard manat ayırıb. Sahibkarlara yardımın iki istiqamətdə həyata keçirilməsi nəzərdə tutulub. Birinci istiqamətdə birbaşa yardımlardır.

İkinci istiqamət isə dolayı olaraq dəstək paketinin təqdim olunmasıdır. Vəsaitin şəffaf bölüşdürülməsi üçün hər bir sahibkara ayrılacaq məbləğlər saytda yerləşdiriləcək. 4 işçi qrupu formalaşdırılıb və onlar hansı sektorlara nə qədər mənfi təsirin dəydiyini müəyyənləşdirir. Artıq bu proses başa çatıb. Növbəti mərhələdə 4 sektor, 20 fəaliyyət sahəsi üzrə vəsaitin bölüşdürülməsi işləri həyata keçiriləcək".

V. Bayramovun sözlərinə görə, fərdi sahibkarlıqla məşğul olan vətəndaşların da sayı kifayət qədər çoxdurvə onlara da dövlət dəstəyinin olması nəzərdə tutulub: "Məsələn, xarici olkələrdən maşın gətirərək satır, ancaq sərhədlər bağlandığı üçün bu fəaliyyətlə məşğul ola bilməyib. İşçi qrupu həmin sahibkarlara da dəstək göstərmək niyyətindədir". Deputat vurğulayıb ki, vergi tətillərinin təklif edilməsi nəzırdə tutulur:

"Vergi tətilləri müəyyən dövrdə sahibkarlara vergi güzəştlərinin edilməsi deməkdir. Elə sahərə var ki, otada işlər qismən də olsa, davam edir. Həmin şəxslərin vergi tətillərindən istifadə etmək haqqı olacaq. İnşaat sektoru preoritetlərdəndir və dövlətin əsas hədəflədiyi, dəstək olacağı sahələrdəndir. Çünki inşaat sektoru daha qısa zamanda məşğulluq yaradır, daxili bazarda tələbi artırır". Həmçinin, bildirib ki, sosial paketdə kommunal xərclərlə bağlı meyarların dəyişilməsi məsələsi var: "Ünvanlı sosial yardıma çıxış imkanlarının artırılması nəzərdə tutulur. Həmçinin həmin şəxslərin daha çox məbləğ almaq şansının olması gözlənilir. Eyni zamanda sosial iş yerlərinin artırılması nəzərdə tutulur. Bu paketlərlə yanaşı birbaşa dövlət büdcəsi hesabına yeni iş yerləri yaradacaq və artıq bu istiqamətdə fəaliyyət var".

Deputat son olaraq bildirib ki, biznes və istehlak kreditləri ilə bağlı müəyyən addımların atılması müzakirə olunub. Burada bankların sağlamlığının qorunması da vacib nüanslardandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/837964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR