Bakıya 12 milyon doza gətirildi

Bakıya 12 milyon doza gətirildi
20:37 17 Yanvar 2015
119 Sosial
Ölkə mətbuatı
A- A+



Azərbaycan Türkiyədən 12 milyon dozada vaksin alıb.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki., bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.
 
Xəbərdə deyilir ki, nodulyar dermatit virus xəstəliyinə qarşı vurulacaq peyvəndlər xəstəliyin qeydə alındığı bölgələrə fevralın 15-dən etibarən paylanacaq.
 
Qeyd edək ki, ötən il 35 rayonda yayılan xəstəliyə 6040 baş heyvan yoluxmuşdu.
 
Xəstəliyin yayılması ət və ət məhsullarının qiymətinə də təsir etmişdi. Lakin Azərbaycanda indiyədək bu xəstəliyə qarşı peyvəndlənmə aparılmayıb.
 
Nazirlik və Türkiyə tərəfinin müqaviləsi əsasında Azərbaycanın sifarişi ilə vaksin istehsalına başlanılıb. Xəstəlik qeydə alınmış rayonlarla dağlıq və dağətəyi bölgələr arasında bufer zonanın yaradılması da nəzərdə tutulur. Peyvəndlərə çəkilən xərc isə açıqlanmayıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR