Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə ABŞ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi may ayında start götürməyəcək. "Report"un məlumatına görə, bu barədə MLS-in rəsmi saytı xəbər yayıb. Bildirilib ki, pandemiyanın geniş yayılması səbəbindən liqanı mayda başlatmaq mümkün olmayacaq.