Qax rayonunun Zəyəm kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.