“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da krallıqda pandemiya qurbanlarının sayı 12 958 nəfərə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 018 000-i ötüb. Bunların 492 229 nəfəri sağalıb, 128 063 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.