“Report” Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində qondarma “seçkilər”in ikinci turu ilə bağlı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən daxil olmuş notada bildirilir.
Xatırladaq ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında martın 31-də təşkil edilmiş “seçki” oyunu beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və qətiyyətlə pislənib.