Ağsuda piyadanı öldürüb qaçan sürücü tutulub

Ağsuda piyadanı öldürüb qaçan sürücü tutulub
19:12 15 Aprel 2020
161 Digər
Ölkə mətbuatı
A- A+

Ağsu rayon Polis Şöbəsi və prokurorluğu birgə məlumat yayıb. 
"Report" xəbər verir ki, məlumatda deyilir: 
Ağsu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutularaq istintaqa cəlb edilib. 
Belə ki, aprelin 14-də, saat 17:00 radələrində, Ağsu rayonu Cəlayir kəndi ərazisində kənd sakini Emin Qiyasovun idarə etdiyi “VAZ-2107” markalı 10-MS-126 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada-2015-ci il təvəllüdlü Gülər Əsədovanın vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin E.Qasımov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agsuda-piyadani-oldurub-qacan-surucu-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR