"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, arenada koronavirusla mübarizə çərçivəsində test edilməyə başlanılıb.
Stadionda gündəlik 70-ə yaxın analiz götürüləcəyi bildirilib.
Qeyd edək ki, "Tottenhem" İngiltərədə hələlik stadionunun qapılarını koronavirus testlərinin edilməsi üçün açan yeganə klubdur.