“Report” un xəbərinə görə, bu barədə Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 14 apreldə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 767 dənizçi koronovirusla bağlı test edilib, onlardan 668-i müsbət olub.
Son məlumata əsasən, 31 nəfər Tulondakı hərbi xəstəxanaya aparılıb, onlardan biri reanimasiyadadır.