"Zirə"nin legioneri: "Əsl müəllimim Ernesto Valverde olub"

"Zirə"nin legioneri: "Əsl müəllimim Ernesto Valverde olub"
18:07 16 Aprel 2020
166 Digər
Ölkə mətbuatı
A- A+

"Bəxtim gətirib ki, "Olimpiakos"da Leonardu Jardim, Miçel və Ernesto Valverde kimi məşqçilərin başçılığı altında oynamışam".
"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin yunanıstanlı futbolçusu Anastasios Papazoqlu ölkəsinin mətbuatına açıqlamasında deyib.
2011 - 2014-cü illərdə formasını geyindiyi Yunanıstan "Olimpiakos"undakı baş məşqçilər barədə danışan 32 yaşlı müdafiəçi bildirib ki, ona ən çox Miçel güvənib. Amma təcrübəli oyunçu "Barselona"nın sabiq baş məşqçisi E.Valverdedən daha çox şey öyrəndiyini etiraf edib:
"Miçelin vaxtında daha çox oynayırdım. Amma əsl müəllimim Valverde olub. Onun qırmızı xətti var idi. Oyunçularla arasına sərhəd qoyan, məsafə saxlayan baş məşqçidir. Ona sonsuz hörmətimiz var idi. Bütün futbolçulara qarşı dürüst idi və bunu hamı bilirdi. Valverde kimi mütəxəssislə işləmək mənim üçün vacib idi".
Qeyd edək ki, Anastasios Papazoqlu 2019-cu ilin yayından "Zirə"də çıxış edir. "Qartallar"la cari mövsümün sonuna kimi müqaviləsi olan futbolçu qış fasiləsində baş məşqçi Zaur Həşimovun qərarı ilə əvəzedici heyətə göndərilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-nin-futbolcusu-esl-muellimim-valverde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR