TƏCİLİ: DTX daha bir icra başçısını tutdu -

Mötəbər mənbələrdən verilən xəbərə görə, bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olublar.

Metbuat.az "musavat.com"-a istinadən xəbər verir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetində axtarış aparırlar.

Qeyd edək ki, İmişli rayon İH-in başçısı Vilyam Hacıyevdir.

V.Hacıyev uzun müddətdir ki, İmişliyə rəhbərlik edir.

Onun haqqında ölkə mediasında müxtəlif vaxtlarda qalmaqallı yazılar dərc olunub.

İH başçısının və müavinlərinin sonrakı taleyi haqqında məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR