Tramp jurnalistin koronavirusa dair bu sualından sonra kürsünü tərk edib

ABŞ Prezidenti Donald Tramp "Ağ Ev"də keçirdiyi mətbuat konfransında koronavirusla bağlı gündəmə dair açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, konfransda jurnalistlərdən birinin "ABŞ-ın dünyada ən çox test edən ölkə olduğunu deyirsiz və bununla fəxr edirsiniz. Ölkədə hər gün insanlar ölür və yeni yoluxmalar olursa, bunun bir əhəmiyyəti varmı?" sualına Tramp belə cavab verib:

"Ölümlər dünyanın hər yerində olur. Bəlkə də bu sualı Çindən soruşmalısınız. Sizə qeyri-adi bir cavab verə bilərlər".

Daha sonra digər jurnalistlərdən sual almağı rədd edən ABŞ liderikürsünü tərk edib.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR