Sumqayıtda piyadanı vuraraq hadisə yerindən yayınmış sürücü saxlanılıb

Sumqayıtda piyadanı vuraraq hadisə yerindən yayınmış sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, hadisə iyunun 12-də saat 20 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində baş verib.

Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Məzahir Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini F.Əliyev müəyyən edilərək saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR