Azərbaycanda şok hadisə:

Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçirən şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bərdə şəhər sakinləri Bərahət Əliyeva və onun gəlini Aynurə Abdullayeva yaxalanıb.

Saxlanılan şəxslər Biləsuvar rayonunun Ağayrı kənd sakini olan qadını dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçiriblər.
Onlar zərərçəkmiş şəxsə bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar.

Aparılan araşdırmalarla həmin şəxslərin dua yazmaq və digər bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 800 manat pullarını və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR