Ermənilər Tərtərdə jurnalistləri atəşə tutdu -

İşğalçı Ermənistan ordusu Tərtərdə çəkiliş aparan jurnalistləri hədəfə alıb.

Metbuat.az xəbər verir ki, ermənilər Türkiyənin "İhlas" xəbər agentliyinin əməkdaşları Kamil Nadirli, Murat Delice və digər mətbuat nümayəndələrinin olduğu yeri atəşə tutub.

Düşmənin atdığı mərmilər jurnalistlərin təxminən 50 metr yaxınlığına düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR