"Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq" -

"Biz səbr göstəririk. Əlbətdəki Gəncə vəhşicəsinə atəşə məruz qaldıqda hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibədə deyib.

Dövlət başçısı bildirib ki, dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq:

"Bizim münasibətimiz belədir. Biz heç vaxt sivillərə qarşı müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR