Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib

Son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq noyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000-dən çox işçinin köməyi ilə artıq 16-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidən Metbuat.az-a bildirilib ki, görülən bu işlər Bakı şəhər sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR