Ən dəyərli milli komandalar müəyyənləşdi: Azərbaycan neçəncidir? -

Dünyanın ən dəyərli milli komandaları müəyyənləşib.

Metbuat.az "Transfermarkt"a istinadən xəbər verir ki, siyahıya İngiltərə millisi başçılıq edir. İnglisləri Braziliya və Fransa izləyir. Bu üç komanda dəyəri milyard avronu ötən millilərdi.

İlk "onluq"da Avropadan 8, Cənubi Amerikadan 2 komanda yer alıb.

İlk "onluq"

1. İngiiltərə - 1.33 milyard avro

2. Braziliya - 1.03 milyard avro

3. Fransa- 1.02 milyard avro

4. İspaniya - 882.00 milyon avro

5. Portuqaliya - 797.50 milyon avro

6. Almaniya - 737.00 milyon avro

7. Belçika - 647.90 milyon avro

8. Argentina - 602.00 milyon avro

9. İtaliya - 597.00 milyon avro

10. Nidenland - 464.50 milyon avro

DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərimizdən ən dəyərlisi Kriştianu Ronaldulu Portuqaliyadı. Millimiz qrupun ən az dəyərə sahib olan ölkəsidi.

DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərimiz

1 (5). Portuqaliya - 797.50 milyon avro

2 (20). Seriya - 208.50 milyon avro

3 (45). İrlandiya - 67.85 milyon avro

4 (89). Qətər - 13.95 milyon avro

5 (91). Lüksemburq - 13.25 milyon avro

6 (94). Azərbaycan - 12.61 milyon avro

Qeyd: Mötərəzədə milli komandanın dəyərinə görə dünya sıralamasındakı yeri göstərilib.

Postsovet məkanı ölkələri

Postsovet məkanı ölkələrinin ən dəyərlisi Rusiya millisidi. Ukrayna ikinci, Gürcüstan üçüncü yerdə qərarlaşıb. Millimiz bu göstəricidə 7-ci yeri tutur və Ermənistandan da geri qalır.

1. Rusiya - 141.40 milyon avro

2. Ukrayna - 101.20 milyon avro

3. Gürcüstan - 45.40 milyon avro

4. Qazaxıstan - 21.80 milyon avro

5. Özbəkistan - 17.45 milyon avro

6. Ermənistan - 12.78 milyon avro

7. Azərbaycan - 12.61 milyon avro

8. Moldova - 12.45 milyon avro

9. Belarus - 12.15 milyon avro

10. Estoniya - 12.00 milyon avro

11. Latviya - 8.28 milyon avro

12. Litva - 7.98 milyon avro

13. Qırğızıstan - 5.60 milyon avro

14. Tacikistan - 5.38 milyon avro

15. Türkmənistan - 2.58 milyon avro

Qeyd edək ki, qardaş Türkiyə millisinə 191.4 milyon avro qiymət qoyulub və dünyada 26-cıdı. (fanat.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR