Türkiyə gəmisinə hücum: Azərbaycanlı öldürüldü,

Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedən Türkiyə şirkətinə məxsus gəmiyə dəniz quldurları hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

İlkin məlumatlara görə, “Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin 19 nəfər heyət üzvündən 15-i zorla aparılıb. Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinantlar əsasında hərəkət etdiyini bildirib.

Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR