Azərbaycanda yeni pul nişanları dövriyyəyə buraxıldı -

Yenilənmiş dizayna malik 1, 5 və 50 manatlıq pul nişanları artıq dövriyyədədir.

Metbuat.az xəbər verir ki, yenilənmiş pul nişanları daha ciddi mühafizə sistemləri ilə təmin edilib, eyni zamanda, dizaynı da diqqəti cəlb edir.

Yenilənmiş pul nişanlarında ən son mühafizə elementləri olaraq “RollingStar Lead” holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Qeyd edək ki, Mərkəzi Bank yeni pul nişanlarının 1 yanvar 2020-ci ildən tədricən dövriyyəyə buraxılacağını, yeni əsginazlarla bərabər, 1, 5 və 50 manatlıq köhnə əsginazların da işlədiləcəyini açıqlamışdı. (axar.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR