x
Loading...

Peyvənd olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA

.

Təhsil işçilərinin vaksinasiyası könüllüdür.

Metbuat.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, peyvənd olunmaq istəməyən müəllimlərə qarşı hər hansı inzibati tədbirin görülməsi nəzərdə tutulmur.

M.Vəliyeva vurğulayıb ki, hər kəs vaksinasiyanın əhəmiyyətini başa düşməli və dezinformasiyalara fikir verməməlidir.

O, həmçinin əlavə edib ki, məktəblərdə əyani tədrisin dayandırılmaması üçün karantin rejiminin qaydalarına əməl olunmalı və insanlar vaksinasiyadan keçməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR