ABŞ Yunanıstana F-35 təyyarələri satmağa hazırdır.
Metbuat.az xəbər verir ki, ABŞ-ın Afinadakı səfiri Ceffri Payett belə açıqlama verib. O bildirib ki, Yunanıstan yeni nəsil qırıcıları almağa hazırdırsa, ABŞ satışa razılıq verə bilər. Onun sözlərinə görə, Yunanıstan əvvəlcə F-35 təyyarələrinə texniki xidmət göstərə bilmək üçün lazımi müəssisəni qurmalıdır.
Qeyd edək ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemləri aldığını əsas gətirən Vaşinqton, Ankaraya "F-35"ləri satmaqdan imtina etmişdi.
Anar Türkeş / Metbuat.az