Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Qurultayı keçirildi

Ukraynaın Kiyev şəhərində, 17 mart tarixində Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) növbədənkənar VIII Qurultayı baş tutub.

Bu barədə Metbuat.az-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri, Daşqın Gülməmmədov məlumat verib.

COVİD-19 pandemiyası ilə əlaqədar və Ukrayna Nazirlər Kabinetinin 17 fevral 2021-ci il tarixli 104 nömrəli "Nazirlər Kabinetinin bəzi aktlarında dəyişikliklər edilməsi barədə” qərarına uyğun olar Qurultay onlayn rejimdə keçirilib. Qurultayda, seçki ilə müəyyən edimiş 49 nümayəndənin 46 nəfəri iştirak edib. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Baş katibi Niqara Xamrayeva bildirib.

Qurultay Ukraynanın "Bəzi qanunvericilik aktları və Gömrük Məcəlləsində dəyişikliklər edilməsi və inzibati islahatların aparılması" haqqında qanununa əsasən Ukrayna Qarapapaq Türkləri Milli Şurasında sturuktur islahatı aparılmasına və Ukrayna Ali Radası tərfindən dəiyişiklər edilmiş Ukrayna “İctimai birliklər” haqqında qanununa uyğun olaraq yeni Nizamnamə qəbul edilməsini təsdiq edib.

Qurultayın qərarı ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasında Prezident və Vitse-prezident vəzifələri təsis olunub, əsas ali qərarverici orqan olan Rəyasət Heyətinin adı dəyişdirlilərək, geniş səlahiyyətli Məclis təsis edilib. Ümumi olaraq Qurultayda 5 məsələyə baxılıb.

Səsvermə nəticəsində Daşqın Gülməmmədov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Prezidenti, Sergey Hnatiyuk isə Vitse-prezidenti seçiliblər.

Qurultayda 21 nəfər tərkibdə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Məclisi seçilib və səlahiyyətləri təsdiq olunub.

Ukrana Qarapapaq Türkləri Milli Şurasınının Məclisinə Vilayət Xəlilov, Fərhad Turanlı, Əsgər Cavadov, Natalya Günko, Oksana Singayevskaya, Samir Əhmədov, İrina İbrahimova, Mansur Budaqov, Roman Dünyamalıyev, Diana Şakirova, Niqara Xamrayeva, Olena Kotruça,Tahir Həsənov, Mariya Efimenko, Kseniya Zarkua, Ludmila Qusarova, Rüstəm Gülməmmədov, Ceyhun Həsənov, Elena Bryuxanova, Svetlana Obmanyuk, Kamran Güləhmədov seçilib:

Avram Əliyev, Dmitri Qardaşov, Neymət Güləhmədov, Pünhan İsmayılov, Qabil Mirzəliyev qurultayda Ukrayna Qarapapaq Türkləri Milli Şurası Mərkəzi Nəzarət palatasına üzv seçilərək, səlahiyyətləri təsdiq edilib.

Qeyd edək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası 17 iyul 2012-ci ildə Daşqın Gülməmmədovun təşəbbüsü ilə yaradılıb. 6 may 2014-cü ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ukrayna Ədliyyə Nazirliyi Dövlət Qeydiyyat Xidməti tərəfindən Ümumukrayna ictimai birliyi statusunda dövlət qeydiyyatına alınıb. Mərkəzi-mənzil Qərargahı Vinnitsa şəhərində yerləşir.

Hazırda Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ukraynada fəaliyyət göstərən ən böyük türkdilli və etnik azlıqlara məxsus, mərkəzləşdirilmiş sturuktura malik təşkilatlardan biridir. UQTMŞ-nın 24 vilayət təşkilatı mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR