Novruz bayramında şəhidlərin xatirəsinə məşəllər alovlandırıldı -

Novruz bayramında Göyçay şəhidlərinin unudulmaz xatirəsinə 46 məşəl yandırılıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, Göyçayın Birinci-Ərəbcəbirli kəndində sakinlər tərəfindən maraqlı addım həyata keçirilib. Sakinlər Novruz bayramı axşamında əvvəlki illərdən fərqli olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə görə şəhid Xəyal Məmmədovun evinin yaxınlığında yerləşən yolun kənarına 46 dənə məşəl düzərək alovlandırıb. Kənd sakini Cavid Həşimovun sözlərinə görə, onlar ilk öncə bu nümunəvi addımı atmağı kənd sakinləri ilə birlikdə fikirləşərək qərara alıblar. Tonqal qalanması əvəzinə yerinə yetirilən bu addım hər kəsin böyük diqqətini cəlb edib. C.Həşimov sözlərində əlavə edərək bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Göyçay rayonu ümumilikdə 46 şəhid verib. Məhz həmin şəhidlərin sayına uyğun olaraq bu məşəllər yol kənarlarında yerləşdirilərək alovlandırılıb.

Xatırladaq ki, bu örnək addım uşaqdan-böyüyə hamının böyük marağına səbəb olub.

Davud Tarverdiyev

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR