Biabırçı videosu yayılan Hüseynbala Mirələmov kimdir?

Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun əxlaqsız videosu yayılıb.

Ölkənin gündəminə çevrilən bu videonun qəhrəmanı Hüseynbala Mirələmov kimdir?

Metbuat.az onun tərcümeyi-halını təqdim edir:

Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub.

1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinifini gümüş medalla bitirmişdir.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirmişdir. 1970-1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur.

1965-ci ildən "Azərbaycan pioneri” qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi” işcisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən "Azərqaztəmirtikinti” Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur. 1996-cı ildən "Bakqaz” İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.

2005 , 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin üzvü olmuşdur. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işci quruplarının üzvü olmuşdur. Azərbaycan-Kuveyt parlamentlərarası işci qurupunun rəhbəri olmuşdur.

Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-cı ildə "Bir tikə çörək” hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – "Tənha durna uçuşu” 1986-cı ildə işıq üzü görüb.

Hüseynbala Mirələmovun "Xəcalət”, "Utanc” və "Mənəviyyatın ekologiyası” adlı əsərləri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR