ABŞ Prezidentinin açıqlaması qeyri-obyektivdir və ikili standartların ifadəsidir -

"ABŞ Prezidenti tərəfindən 1915-ci il hadisələri ilə bağlı aprelin 24-də həqiqətləri əks etdirməyən açıqlamanın verilməsi təəccüb doğurur və qərəzli mövqe sərgiləyir. Heç bir hüquqi və elmi əsası olmayan bu siyasi açıqlama qeyri-obyektivdir və ikili standartların ifadəsidir".

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın bəyanatında deyilir.

Bəyanat müəllifi hesab edir ki, 100 il bundan əvvəl baş vermiş hadisələrin araşdırılmadan qiymətləndirilməsi düzgün deyil:

"Halbuki, Türkiyənin bu məsələ ilə bağlı Ortaq Tarixi Komissiyanın yaradılmasına dair davamlı təklifləri dəfələrlə rədd edilmişdir. Belə bir konstruktiv təklifə qarşı çıxmaq gərçək olan faktlardan qaçmağın göstəricisidir.

Türkiyə tarixən daima tolerantlıq nümayiş etdirmişdir. Buna görə də arxivlərin açılması və təhlili mühüm əhəmiyyət kəsb edir. 1915-ci il hadisələrinə verilən qiymət məhz bu sənədlərlə əsaslandırılmalıdır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sözügedən açıqlamanı ədalətsiz və bölgədə əminamanlıq çağırışlarına zidd olan siyasi səhv hesab edir.

Tarix sirr saxlamır. Şübhəsiz ki, vaxt gələcək, arxivlər açılacaq və o zaman tarixi saxtalaşdıran hökmlər millətindən asılı olmayaraq gələcək nəsillərdə dərin təəssüf hissi doğuracaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR