Beyləqanda yol qəzası:

Beyləqanda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, Beyləqan rayonunun Şahsevən kəndi ərazisində 1-ci Şahsevən kənd sakini A.Səfərov idarə etdiyi “VAZ-21901” markalı avtomobili körpüdən su kanalına aşırıb.

Nəticədə avtomobildəki sərnişinlər - Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR