Rusiya bu ölkələrin diplomatlarını

Litva səfirliyinin iki, Slovakiyanın üç, habelə Latviya və Estoniyanın diplomatik nümayəndəliklərinin bir əməkdaşı həftə ərzində Rusiyanı tərk etməlidir.

Metbuat.az Azvision-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Moskva bu ölkələrin nümayəndələrinə sərt etirazını ifadə edib.

Bundan əvvəl, Latviya Çexiya ilə həmrəylik əlaməti olaraq bir neçə Rusiya diplomatını "persona non qrata" elan edib. Bu cür qərar ABŞ, Bolqarıstan, Ukrayna, Polşa və Rumıniya tərəfindən də qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR