Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 198,8 mln. manat olub ki, bu da illik müqayisədə 1,4% azadır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü neft məhsullarından sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 35% , neft koksunun istehsalı 13,8%, dizel yanacağının istehsalı 6% artıb.
Məlumata görə, hesabat dövründə ölkədə neft bitumunun istehsalı 14,8%, avtomobil benzininin istehsalı 10%, ağ neftin istehsalı 20,3%, yanacaq mazutunun istehsalı isə 27,1% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri | Yanvar-aprel, 2021-ci il | İllik müqayisə, % |
Avtomobil benzini, min ton | 365,5 | 90 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton | 137,2 | 135 |
Ağ neft, min ton | 148,7 | 79,7 |
Dizel yanacağı, min ton | 776,8 | 106 |
Yanacaq mazutu, min ton | 21,3 | 72,9 |
Sürtkü yağları, min ton | 17,6 | 191,3 |
Neft bitumu, min ton | 67,6 | 85,2 |
Neft koksu, min ton | 87,5 | 113,8 |