Litva belaruslu diplomatları ölkədən qovdu

Litva iki belaruslu diplomatı ölkədən qovmağa hazırlaşır.

Mətbuat.az xəbər verir ki, onlara ölkədən çıxmaq üçün iki həftə vaxt verilib. Məlumata görə, Litvanın belə addım atmasına səbəb Belarusun sərnişin təyyarəsini zorla Minskə endirməsidir.

Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi bəhanəsilə qırıcının müşayəti ilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan belarusli müxalifətçi Roman Protaseviçi həbs etməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR